MƏHSULLAR

İstədiyiniz interyerə uyğun, düzgün ölçüdə və dizaynda bağ mebeli. Bağ evi və istirahət məkanlarınız üçün bir-birindən rahat, cəlbedici İspaniya, İtaliya, İndoneziya və Kolumbiya ölkələrinin istehsalına aid toxunma, tik ağacından bağ mebellərini təklif edirik.

60+ LAYİHƏ

Bağ mebelləri

Təqdim etdiyimiz bağ mebelləri açıq hava şəraitinə davamlı ekzotik ağac növlərindən istehsal edilən, korroziyaya qarşı metalla kombinə edilmiş,  həm də eksteryerdə istifadə üçün nəzərdə tutulub. Hər bir bağ evinin eksteryeri rahat və xoş görünüşlü bağ mebeli ilə tamamlanır.  Toxunma və tik ağacından istehsal olan uzun ömürlü, gözəl görünüşlü, şık bağ mebelləri sizin üçün gözəl seçim ola bilər.

Klassik və müasir dizayn, rahatlıq, uzun ömürlülüklə fərqlənən təklif etdiyimiz mebellər bağ evləri və ictimai-iaşə obyektləri üçün ideal seçimlərdir.  Bu çeşidlər arasında hər cür eksteryer dizayn və büdcəyə uyğun modellər vardır. Bu bağ mebellərinin istehsalında ən keyfiyyətli taxta, ağac məhsullarından istifadə olunmuşdur.

Toxunma bağ mebeli fərqli dizayna malik müxtəlif məqsədlər üçün istifadə olunan rahat mebeldir. Bu mebel möhkəmliyinə və davamlılığına görə çox populyardır. Toxunma mebellər tez-tez restoran, kafe sahibləri tərəfindən seçilir, otellərdə, kotteclərdə, fərdi evlərdə, mənzillərdə, bağ sahələrində, terraslarda və ya eyvanlarda öz yerini alır. Müasir toxunma mebellər istənilən interyerə asanlıqla uyğunlaşır.

Toxunma zərif, estetik bir görünüşə malikdir. Toxunma mebel yüngül olduğundan rahatlıqla hərəkət etdirmək və yerini dəyişmək mümkün olur. Mağazamızda fərqli materiallardan hazırlanmış toxunma bağ mebellərinin geniş çeşidi təqdim olunur. Bağınızı gözəlləşdirmək üçün yüksək keyfiyyətli toxunma mebel dəstləri müvcuddur. Geniş çeşidli məhsullar arasında stullar, kreslolar, masalar, divanlar və digər məhsullara rast gəlinir.

Tik ağacından istehsal olan mebellər, özündə gözəl, təbii bir görünümü  və uzunömürlüyü, davamlılığı birləşdirir. Həmin kompozisiya tik mebellərinin suyu udmamasına, mexaniki zədələrə və ətraf mühit amillərinə - ultrabənövşəyi şüalanmaya, temperaturun həddən artıq yüksək və ya soyuq olmasına, yağışa davamlı olmasına imkan verir. Tik ağacından mebellər yalnız bağlarda və terraslarda deyil, həm də fərgli interyerlərdə çox gözəl görünür.

Kataloqumuzda təqdim olunmuş koleksiyalarda klassik dairəvi formada və ya düzbucaqlı üstü olan tik ağacından masaların geniş çeşidini tapa bilərsiniz. Hər bir model fərqli dizaynı, rəngi ilə seçilir, buna görə də bağınıza uyğun olanı asanlıqla seçə bilərsiniz. Təklifimizə masa və oturacaqlardan, kreslolardan ibarət dəstlər də daxildir. Sizin üçün xüsusi qayğı ilə seçdiyimiz dəstləri sakit, rahat bir bağ  interyerinə tamamilə uyğundur.

YUXARI