HAQQIMIZDA

HAQQIMIZDA

Tutto Bello MMC fəaliyyətinə 2002-ci
ildən başlamışdır. Bu zaman ərzində çox sayda
yaşıllaşdırma və abadlıq layihələrini, təmir-tikinti
və landşaft-dizayn işlərini uğurla həyata keçirmişdir.
Eyni zamanda keyfiyyətli döşəmə örtükləri, qapılar,
bağ mebellərin və digər məhsulların topdan və
pərakəndə satışını təmin edir.
60+ LAYİHƏ
dizayn şirkəti
yaşıllaşdırma xidməti

Haqqımızda

DİZAYN VƏ TƏMİR ŞİRKƏTİ, ABADLIQ VƏ YAŞILLAŞDIRMA XİDMƏTİ – Tutto Bello

“Tutto Bello” şirkəti 20 il ərzində biznesin üç istiqaməti üzrə fəaliyyət göstərir: təmir-tikinti materiallarının satışı, evlərin təmiri və landşaft işləri. Şirkət bu sahədə Azərbaycanda lider yerlərdən birini tutur.
Müştərilərin müxtəlif zövqlərini təmin edə bilmək üçün "Tutto Bello" şirkəti Azərbaycan bazarına ilk dəfə qırmızı ağac növlərindən parket və qapılar gətirmişdir. Əsas məqsədimiz bazarda ən keyfiyyətli və peşəkar xidməti göstərməkdir. Təxminən 20 ilə yaxındır ki, fəaliyyət göstərən şirkətimiz öz təcrübəsinə və göstərdiyi yüksək keyfiyyətli xidmətlərinə görə Respublika və paytaxt ərazisində çoxlu sayda yaşıllaşdırma, abadlaşdırma və təmir-tikinti işlərinə dair tenderlərə dəvət olunmuş, həmin layihələri uğurla icra etmişdir.
Hal-hazırda uğurlu fəaliyyət nəticəsində göstərdiyimiz xidmət və təqdim etdiyimiz məhsullarla bərabər şirkətimiz mərmər, oniks və travertin daşlarının topdan və pərakəndə satışı ilə, o cümlədən dekorativ bitkilərin becərilməsi və satışı ilə də məşğul olur. Fəaliyyətimiz ərzində müştəri məmnuniyyəti bizim üçün prioritet olmuşdur.
Yuxarıda göstərilən məhsulların təchiz edilməsi üçün şirkət İtaliya, İspaniya, Hollandiya, Fransa, Portuqaliya, Almaniya, Braziliya, Belarus, Estoniya, Rusiya, Türkiyə, İndoneziya, Çin, Kolumbiya kimi ölkələrdə yerləşən dünyanın aparıcı istehsalçıları ilə uzun illər sıx əməkdaşlıq edir. Belə ki, şirkət 4 qitənin 24 aparıcı ölkəsinin 50-dən çox istehsal şirkəti ilə fəal şəkildə əməkdaşlıq edir.
2012-ci ildə şirkətimiz peşəkar fəaliyyətinə görə Azərbaycanda “Keyfiyyət Rəmzi” nominasiyasında “Uğur Mükafatı” na layiq görülmüşdür.
Qeyd etmək istərdik ki, Lənkəran şəhərində yerləşən təxminən 25 hektar əraziyə malik şirkətimizə məxsus plantasiyada dekorativ ağac və kolların, şitil və çilinglərinin yetişdirilməsi və onların istehsalı həyata keçirilir. Plantasiyada müasir dövrün tələblərinə cavab verən bitki saxlanclarından istifadə olunur. Əsasən Niderland, İtaliya, İspaniya, Türkiyə sortları və yerli sortlardan ibarət olan bu bitkilər yeni texnologiyalar vasitələri ilə yetişdirilir və çoxaldılır. İcra etdiyimiz layihələrdə, habelə şəxsi villaların yaşıllıq işlərində istifadə olunan bitkilərin əksəriyyəti şirkətin öz istehsalı olan bitkilərdir.
Eləcə də, Tutto Bello şirkəti tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə dair lisenziyaya malikdir. Artıq uzun müddətdir ki, şirkətimiz Respublikada əsaslı tikinti, habelə təmir-tikinti, dizayn, layihələndirmə və quraşdırma işləri ilə məşğuldur. Uzun müddətli fəaliyyətimiz dövründə Respublikanın aparıcı dizayn və tikinti şirkətləri, Nazirliklər və İcra orqanları ilə sıx əməkdaşlıq etməkdəyik. Belə ki, ölkəmizdə ən mötəbər layihələrin tikintisində iştirak etmişik və hal-hazırda da bu proseslər davam edir.

ÜSTÜNLÜKLƏRİMİZ

PEŞƏKAR İŞ

Təcrübəli mütəxəssislərdən ibarət Tutto Bello işçi heyəti daima inkişaf edir.
01

ZƏMANƏTLİ MƏHSULLAR

Yüksək keyfiyyətli və münasib qiymətə xarici və yerli istehsal olan məhsullar təklif edirik.
02

FƏRDİ YANAŞMA

Tutto Bello şirkəti olaraq, hər bir müştərimizə invidual layihə tərtib edirik.
03

LAYİHƏ MÜDDƏTİ

Layihələri hər zaman vaxtında təhvil veririk.
04
YUXARI