SERVICES

GREENING AND
RENOVATION
SERVICE

Yaşıllaşdırma sağlam ətraf mühitin,
abadlıq isə rahat yaşayış tərzinin açarıdır.
60+ PROJECTS
yaşıllaşdırma xidməti

Tutto Bello 2008-ci ildən etibarən yaşıllaşdırma, ölkənin yaşıllıq ərazilərinin artırılması və meşə zolaqlarının abadlaşdırılması proseslərini korporativ sosial məsuliyyət proqramına daxil edir.

İcra etdiyimiz layihələrdə istifadə olunan bitkilərin əksəriyyəti şirkətin öz istehsalı olan bitkilərdir. Bundan əlavə digər abadlıq və yaşıllaşdırma xidməti layihələri, şəxsi villalarda yaşıllaşdırma işləri həyata keçirilməsində də Tutto Bello istehsalı olan bitkilərdən geniş istifadə olunur.

Lənkəran şəhərində yerləşən təxminən 25 hektar əraziyə malik şirkətimizə məxsus plantasiyada dekorativ ağac və kolların, şitil və çilinglərinin yetişdirilməsi, onların istehsalı həyata keçirilir. Plantasiyada müasir dövrün tələblərinə cavab verən bitki saxlanclarından istifadə olunur. Əsasən Niderland, İtaliya, İspaniya, Türkiyə sortları və yerli sortlardan ibarət olan bu bitkilər yeni texnologiyalar vasitələri ilə yetişdirilir və çoxaldılır.

Dekorativ ağacların əkilməsi, budanması, dərmanlanması, torpağın kultivasiya edilməsi, ərazinin alaqlardan təmizlənməsi, torpağın münbitləşdirilməsi və ağacların küləkdən qorunması, abadlıq xidməti üçün müxtəlif tipdə bərkidilmə və aqro texniki qulluğu təmin edirik.

Şəhər ərazilərində, Şəxsi bağlarda, Qış bağlarında bütün ərazinin və ya onun müəyyən hissəsində müasir avadanlıqların köməyi ilə Yaşıllaşdırma işləri və Abadlıq xidməti təmin edirik.

Bu sahədə gördüyümüz işlər arasında Qış Parkı, Mini Venesiya, Rixos Quba, West Gate, Isti Su oteli, 28 May parkı, Xəzri Residence, Baku Knightsbridge, Heydər Əliyev parkı və Dədə Qorqud parkı kimi böyük layihələr var.

WHAT WE DO?

THE SERVICES WE PROVIDE

Yaşıllaşdırma və abadlıq xidmətini təmin edərək, saglam və rahat bir atmosfer yaratmaq bizim işimizdir.
yaşıllaşdırma

Greening and Renovation Service

Ərazinin düzgün layihələndirilməsini yerinə yetirərək, müasir landşaft dizayna uyğun bağ-bağça yaradırıq.
landşaft dizayn

Landscape Design Works

Binaların və obyektlərin inşası, rekonstruksiyası və abadlaşdırılması zamanı hərtərəfli tamamlama və təmir-tikinti işlərinin yerinə yetiririk.
interyer dizayn

Repair and Construction Works

TO TOP