ПРОДУКТЫ

Kolleksiyamızda qoz ağacı, göyrüş və palıddan hazırlanmış premium keyfiyyətli  Avropa və Rusiya istehsalı parket, müxtəlif təyinatlı idman zalları üçün döşəmələr, terras döşəmələri var.

Bizim döşəmə örtükləri interyerinizə rəng və fərdilik gətirəcək, harmoniya ilə dolduracaqdır.

60+ ПРОЕКТОВ

Напольные покрытия

Döşəmə evin ən vacib və göz önündə olan bir hissəsidir. Tutto Bello sizə müxtəlif ağac növlərindən hazırlanan fərqli döşəmə örtükləri, döşəmə taxtası təqdim edir.

Təklif etdiyimiz döşəmə örtükləri arasında həm zövgünüzə, həm də büdcənizə uyğun olan seçimlər mövcuddur. Sizə bir çox məşhur şirkətlərin istehsal etdikləri palıd, qoz, göyrüş, bambuk və digər ağac növlərindən hazırlanmış: çoxlaylı və massiv, laklı və laksız, modul, lövhə, chevron və herringbone formalı parketlər; eləcə də mərmər, sədəf, qətran və müxtəlif metallarla kombinə olunmuş gözoxşayan mozaikalar təklif edirik.

Azərbaycanda ilk dəfə qırmızı ağac növlərindən dözümlü və keyfiyyətli parket döşəmələr yalnız Tutto Bello-da. Şirkətimiz döşəmə örtükləri satışında öndə gedən mövqelərdən birinə sahibdir. İstifadə etdiyimiz taxta məhsulların dözümlülüyü bizim üçün ən vacib amillərəndir. Hər növ idman zalları üçün döşəmələr, terras üçün döşəmə taxtası, parket və digər döşəmə örtükləri müvafiq standartların tələblərinə uyğun şəkildə palıd və göyrüş ağaclarından və digər ağac növlərindən hazırlanır

Müxtəlif texnologiyaların (Cos Nano Tech+, UV Silk Oil, Hardwax oil) tətbiqi sayəsində parketlər, qırmızı ağac, eqzotik ağac ultrabənövşəyi şüaların təsirinə davamlılıq, tozdan, ləkələrdən, cızıqlardan, rütubətdən müdafiə xüsusiyyətlərinə malikdir. Parketlərin rəng müxtəlifliyi və təbii naxışları (teksturası) təbiətin həqiqi gözəlliyini əks etdirərək evinizə, ofisinizə, habelə digər məkanlarınıza estetik fərqlilik gətirəcək.

Hər növ idman zalları, rəqs meydançaları, ticarət mərkəzləri, xəstəxanalar, zavodlar və digər sənaye müəssisələri üçün döşəmə örtükləri müvafiq standartların tələblərinə uyğun şəkildə palıd və göyrüş ağaclarından və digər ağac növlərindən hazırlanır.

İdman zalları xüsusilə dözümlü və aşınmaya davamlı döşəmələrlə örtülməlidir. İdman zalı üçün mükəmməl döşəmə istəsəniz, keyfiyyətinin ən yüksək səviyyədə olmasını nəzərə almalısınız, çünki idmançıların rahatlıq səviyyəsini və zədə riskinə ciddi şəkildə təsir edir Terras döşəmələri açıq hava və rütubətli mühitdə döşəmə və ya platforma yaratmaq məqsədilə quraşdırılır.

Terras döşəmələrindən besedka, perqola, açıq verandalar, körpülər, dəniz kənarı gəzinti, hovuz ətrafı və digər açıq ərazilərin döşəmə örtülərinin qurulmasında geniş istifadə olunur. Kataloqumuzda gördüyünüz terras döşəmələri, bu növ ortüklər üçün müəyyən olunmuş xüsusi tələblərə cavab verir. Fasad döşəmə örtükləri isə açıq hava və rütubətli mühit şəraitində divar səthinin üzlənməsində istifadə olunur. Fasad örtükləri və terras döşəmələri müxtəlif ekzotik ağaclardan xüsusi vasitələrlə hazırlandığı üçün möhkəm və nəmliyə davamlıdır, həmçinin mikroorqanizmlərin inkişafının qarşısını alır. Terras döşəmə taxtasınının hazırlanmasında istifadə olunan materialın keyfiyyəti, onun uzun ömürlü olmasının zəmanətidir.

К НАЧАЛУ