MƏHSULLAR

Alıcılara özəl dizaynda, yüksək keyfiyyətli, müxtəlif rəng seçimlərinə malik interyer, giriş qapılarını, o cümlədən yanğına davamlı və sənaye qapılarını təklif edirik.

Tutto Bello yalnız uzunmüddətli istifadəyə yararlı, təbii ağacdan hazırlanmış taxta qapıları məsləhət bilir.

60+ LAYİHƏ

Qapılar

Təqdim etdiyimiz fərqli növ qapı modelləri evinizin hər bir sahəsində özünəməxsus yer tutacaqdır. Hər istəyə və büdcəyə uyğun otaq və giriş qapılarını Tutto Bello sizə təklif edir. Kataloqumuzdakı qapı modelləri arasında yanğına davamlı modellər də mövcuddur. Təqdim etdiyimiz qapılarla tanış ola bilərsiniz.

Taxta qapıların istehsalında istifadə olunan materialların keyfiyyəti və dözümlülüyünə güvənərək, onları sizə təklif edirik. Qapıların çox saylı modelləri hər növ interyer və eksteryerlə ahəng yaradan seçim etməyə imkan yaradır. 

 

İnteryer qapısı, otağın özünəməxsus tərzini vurğulayan dekorativ bir elementdir. Qapının funksiyası artıq bir otağın digər otaqdan ayrılması ilə məhdudlaşmır. Dəbli daxili qapılar otağın tərzini vurğulayır və hətta təvazökar bir qapı dizaynı, otağın ümumi üslubunu tamamlayan çox zərif seçim ola bilər. 

İnteryer qapıları müxtəlif materiallardan hazırlanır. Ancaq hər zaman aktual olan, istiliyi qoruyan və rahatlıq hissi verən bir material əlbətdə ki, taxtadır. Tutto Bello şirkəti, fərqli ağac növlərindən istehsal olunmuş dözümlü, keyfiyyətli taxta interyer qapıları təqdim edir. Hər növ interyer dizayn üslubuna uyğun, xüsusi tərzi ilə fərqlənən daxili qapılar kataloqumuzda yerini almışdır.

Giriş qapısı, hər bir evin, mənzilin , hətta bir sənaye müəssisəsinin ən vacib elementlərindən biridir. Bu səbəbdən, çox vaxt ilk növbədə giriş qapısının estetik keyfiyyətləri və davamlılığı nəzərə alınır. Xüsusi təyinatlı bir məhsul kimi bir giriş qapısı ən azı üç keyfiyyətə malik olmalıdır: davamlılıq, etibarlılıq və gözəl bir görünüş. Giriş qapısı seçərkən onun kilidinə, materialına, dizaynına çox diqqət yetirilməlidir.

Qapının konstruksiyası nə qədər güclüdürsə, qapı bir o qədər etibarlı sayılır. Mənzil və ya xüsusi ev üçün yaxşı və keyfiyyətli giriş qapıları seçərkən, təqdim etdiyimiz giriş qapılarının çeşidlərinə diqqət yetirin. Təklif etdiyimiz qapıların seçimində yüksək keyfiyyətə, estetik gözəlliyə, fərqli dizaynlara önəm veririk. Evin, mənzilin giriş qapısı uzun ömürlülüyü ilə fərqlənməli, sizə rahatlıq hissi və əminlik gətirməlidir.

Yanğına davamlı qapılar, alovun yayılmasına və tüstünün otağa müəyyən bir müddətə nüfuz etməsinə mane olan xüsusi konstruksiyaya malik qapılardır. Yanğına davamlı qapıların əsas xüsusiyyəti tərkibinin yanğına qarşı davamlı materiallardan ibarət olmasıdır. Bu, yanğınsöndürmə briqadalarının gəlməsi və insanların evakuasiyası üçün tələb olunan vaxta qədər yanğının təxirə salınmasına imkan verir.

Müxtəlif yaşayış və qeyri-yaşayış sahələrini təchiz edərkən, dünya standartlarına uyğun və sertifikatlaşdırılmış etibarlı bir istehsalçıdan yanğına qarşı qapıları quraşdırmalısınız. Tutto Bello şirkəti sizə yüksək keyfiyyətli və etibarlı yanğına davamlı qapılar təklif edir. Əminik ki, təqdim etdiyimiz yanğına davamlı qapıların arasından istəkləriniz, zövqünüz və büdcəniz üçün ən optimal qapını seçə biləcəksiniz.

YUXARI