Tutto Bello

Tutto Bello şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Şirkət müxtəlif ağac növlərindən hazırlanmış parketlərin, mozaikaların, bayır döşəmələrinin, fasad örtüklərinin, pilləkənlərin, müxtəlif təyinatlı qapıların, mebellərin, bağ mebellərinin, park inventarlarının (skamyalar, oturacaqlar, zibil qutuları, gül qabları), dekorativ ağacların və güllərin, meyvə ağaclarının idxalı, topdan və pərakəndə satışı ilə, həmçinin bu sahələr üzrə layihələrin icrası ilə məşğuldur. Tutto Bello şirkəti dünyanın 24 ölkəsində (Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Fransa, İsveç, Hollandiya, Polşa, Çexiya, Finlandiya, İsveçrə, Rusiya, Belarus, Ukrayna, Türkiyə, Kanada, ABŞ, Braziliya, CAR, BƏƏ, İndoneziya, Filippin, Çin, Tailand) yerləşən 50-dən çox istehsalçı müəssisə ilə birbaşa əməkdaşlıq edir və Respublikanın tikinti bazarına müxtəlif növ məhsulların, yeniliklərin təklif olunmasında böyük rol oynayır. Müəssisə yüksək ixtisaslı və peşəkar kadr potensialına malik olmaqla Respublikada aparılan tikinti-abadlıq işlərində yaxından iştirak edir. Belə ki, Dövlət Bayraq Meydanı ərazisində gəzinti sahəsində bayır döşəməsinin quraşdırılması (3500 m2), Qış Parkı ərazisində oturacaqların və skamyaların quraşdırılması, Dədə Qorqud parkında göl ətrafı taxta estakadaların və skamyaların quraşdırılması, Atəşgah tarixi kompleksində bayır döşəməsinin quraşdırılması, Bakı şəhəri ərazisində 50-ə yaxın orta məktəb və məktbəqədər müəssisələrdə parket döşəmənin quraşdırılması, Şəmkir rayonunda fəaliyyət göstərən West Gate ticarət cərgəsinin ərazisində park tikintisi və Bayraq Meydanında oturacaqların quraşdırılması, Jumeirah Bilgah Beach oteli ərazisində gəzinti sahəsinin bayır döşəməsi ilə işlənməsi və bağ və restoran mebelləri ilə təmin edilməsi, Bakı şəhərində yerləşən Müasir Bazar kompleksində tikinti-quraşdırma işləri, çox sayda fərdi layihələrin icrasını həyata keçirmişdir. Tutto Bello şirkətinin devizi keyfiyyətli məhsul, layihələrin mövcud tikinti-quraşdırma qaydalarına uyğun və ən qısa müddətdə icra edilməsi, yüksək xidmət səviyyəsi, yuxarıda göstərilən sahələr üzrə yeniliklərin Respublikaya gətirilməsi və məhsul və xidmətləri ən münasib qiymətlərlə təklif etməkdir. Şirkətimiz bu sahədə əldə etdiyi nailiyyətlərə görə 2012-ci ilin “Keyfiyyət nişanı” nominasiyasında “Uğur Mükafatı”na layiq görülmüşdür. İnşaat sektorunda taxta məmulatlarına olan tələbatın ödənilməsi, mebel və digər interyer məhsullarının çeşidinin daha da zənginləşdirilməsi məqsədilə dünyanın bir çox aparıcı istehsalçıları ilə birgə layihələr planlaşdıırılır. Ölkə rəhbərliyinin yeni iş yerlərinin yaradılması siyasətinə uyğun olaraq Bakıda və Respublikanın digər regionlarında bir sıra istehsal və satış sahələrinin yaradılması məqsədi ilə konkret işlər davam etdirilir.