Hazır parketlər

Massiv

Çoxlaylı

Hazır parketlər massiv, 2 laylı və 3 laylı olmaqla istehsal edilir və laklanmış, yağ və voskla işlənmiş səthə malik olur. Mütərəqqi texnologiyaların köməyi ilə həm ağacın təbii rəngində, həmçinin müxtəlif rənglərdən istifadə edilməklə hazır vəziyyətə gətirilir. Lakla örtülmüş parketlər 7-12 lak qatına malik olmaqla parıltısız, yarım-parıltılı və müxtəlif parlaqlıq dərəcəsində istehsal edilir. Son illər parketin səthinin işlənməsi üçün təbii tərkibli yağlardan geniş istifadə edilir. Yağla işlənmiş parketlər daha təbii, ekoloji cəhətdən daha münasib, istismar üçün daha rahat hesab edilir. Təqdim edilmiş şəkillərdə lak və yağ vasitəsi ilə işlənmiş və müxtəlif rənglərdə hazır parketlərin bəzilərini görmək mümkündür. Hazır parketlər aşağıdakı ənənəvi və ekzotik ağac növlərindən hazırlanır: Palıd, göyrüş, merbau, palisandra, tik, armoziya, akasiya, torem, simpur, mahaqon, birma tiki, tauri, kumaru, sandal, qoz, zeytun, mepl, ipe, iroko, jatoba, paduk, dusye, venqe, afromoziya, zebrano, amarante, amarela, bubinqa, eben, albalı, moabi, sukupira, muirakatiara, kumari, latanza, tatajuba, tali, badi, tanibuka, mandioquera, kiat, saliqna rosso, rozvud, bludvud, bambuk horizontal, bambuk vertikal, bambuk strand.