Tuttobello


Pilləkənlər


Pilləkən təmir-tikinti prosesində çox önəmli elementlərdən biridir. Pilləkənin quraşdırılması zamanı onun rahatlığı, gözəlliyi və uzun ömürlülüyü əsas parametrlərdəndir. Göstərilən amilləri təmin etmək üçün uyğun material seçimi çox vacibdir. Ən yüksək keyfiyyət və estetik tələblərə cavab verən pilləkən materialları merbau, palisandra, tik, xüsusi üsulla istehsal edilmiş bambuk, akasiya, armoziya, palıd, göyrüş ağaclarından individual, standard ölçü və quruluşda hazırlanır. Peşəkar işçi heyətimiz pilləkənin quraşdırılmasının ilkin mərhələsindən tamamlanmasınadək müştərilərin istəyinə uyğun və ən yüksək keyfiyyətlə icra etmək üçün geniş təcrübəyə malikdir.