Tuttobello


Bayır döşəməsi və fasad örtükləri


Ekzotik ağac növlərindən hazırlanmış bayır döşəmələri və fasad örtükləri öz təbiiliyi, gözəlliyi, ekoloji xüsusiyyətləri və davamlılığı ilə digər döşəmə materiallarından fərqlənir. Son illərdə ölkəmizdə bu məhsullara tələbat durmadan artır. Əsasən, villalarda, bağ evlərində və digər layihələrdə geniş tətbiq olunan təbii ağacdan hazırlanmış örtüklərin keyfiyyəti, estetik gözəlliyi və rahatlığı əvəzedilməzdir.